Sea Breeze və PAŞA Property Management şirkətləri arasında əməkdaşlıq memorandumu imzalandı

04 05.2026

arrow

Sea Breeze kurort şəhəri və PAŞA Property Management şirkətləri AIREX beynəlxalq daşınmaz əmlak sərgisinə hazırlıq məqsədilə əməkdaşlıq memorandumu imzaladılar.

Sənədə əsasən, Sea Breeze şirkəti 4-6 noyabr tarixlərində Bakıda keçiriləcək AIREX sərgisinə sponsorluq edəcək. Tərəfdaşlıq Sea Breeze-i peşəkar beynəlxalq platformada təqdim etmək və bazar iştirakçıları ilə qarşılıqlı əlaqədə olmaq üçün əməkdaşlığı nəzərdə tutur.

Memorandumun imzalanması Sea Breeze şirkətinin beynəlxalq arenada iştirakını genişləndirmək, eləcə də development və daşınmaz əmlakın menecmenti sektorlarında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi strategiyasının bir hissəsidir.