Təqdimatınızı seçin və endirin
02 04.2026
Aprelin 2-də The Grand məkanında Sea Breeze və Raffle Group arasında, Accor Group ilə birlikdə, Sea Breeze ərazisində Swissôtel & Raffle Residences layihəsinin həyata keçirilməsinə dair sazişin imzalanma mərasimi keçirilib. Sənədi Sea Breeze-in təsisçisi və sahibi Emin Ağalarov, premium seqment üzrə fəaliyyət göstərən Raffle Group-un həmtəsisçisi Rafail Nuri və Accor Group-un inkişaf üzrə vitse-prezidenti Filipp Bone imzalayıb.
Layihə 13 mərtəbəli kompleksdən ibarətdir və onun memarlıq konsepsiyası Melike Altınışık Architects (MAA) tərəfindən hazırlanıb. Konsepsiya Xəzər dənizinin dalğalarının ritmi və küləklərindən ilhamlanıb. Kompleksdə sahəsi 45 kv.m-dən 309 kv.m-dək dəyişən 458 rezidensiya nəzərdə tutulur. Gələcək sahiblərin rahatlığı üçün bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə birlikdə təqdim olunacaq. Künc rezidensiyalarda əlavə komfort elementləri, o cümlədən şəxsi terraslar və cakuzi nəzərdə tutulub. Yüksək icra səviyyəsi və memarlıq dəyəri layihəni həm yaşayış, həm də sərfəli investisiya üçün cəlbedici edir.
Kompleks Swissôtel standartlarına uyğun fəaliyyət göstərəcək və rezidentlərə yüksək səviyyəli xidmətlər təqdim edəcək: 24/7 fəaliyyət göstərən resepsiya, konsyerj xidməti, təmizlik və müştərilərin hər bir ehtiyacına fərdi yanaşma. Rezidensiyaların yaxınlığında 150 otaqlı Swissôtel premium brendinə məxsus hotel yerləşəcək və qonaqlara İsveçrə keyfiyyətində xidmət təqdim edəcək.
Kompleksin infrastrukturu fitnes və SPA mərkəzləri, qapalı və açıq hovuzlar, yeraltı və yerüstü parkinqlər, premium restoranlar, butiklər və birbaşa dənizə çıxışı olan şəxsi çimərlik ilə tamamlanacaq.
Casino yaxınlığında, HalfMoon və Dream Arena konsert zalının ətrafında yerləşəcək hotel və rezidensiyaların açılışı 2029-cu ilin ortalarına planlaşdırılır.
Raffle Group — 2018-ci ildə təsis olunmuş premium daşınmaz əmlak şirkətidir. Şirkət yüksək keyfiyyətli yaşayış layihələri, o cümlədən şəhər və kurort tipli obyektlər həyata keçirir və Azərbaycanda müasir memarlıq və investisiya mühitinin formalaşdırılmasına yönəlib.