Sea Breeze MITT – 30-cu Beynəlxalq Turizm və Qonaqpərvərlik Sərgisində

19 Mart, 2024

arrow

Sea Breeze şirkətinin nümayəndələri martın 19-dan 21-dək Moskvada keçiriləcək MITT Beynəlxalq Turizm və Qonaqpərvərlik Sənayesi Sərgisində iştirak edəcəklər. MITT Rusiya bazarında məhsul və xidmətlərini təqdim edən bütün dünya ölkələri, regionları və şirkətləri üçün beynəlxalq biznes platformasıdır.

Sərgi iştirakçıları və ziyarətçiləri dünya turizm assosiasiyalarının nümayəndələri və sənaye tənzimləyiciləri ilə görüşəcək, yeni müştərilər və tərəfdaşlar tapa, işgüzar proqram tədbirlərində turizm və qonaqpərvərlik sənayesindəki tendensiyaları öyrənə biləcəklər.

Sərgi çərçivəsində Sea Breeze unikal daşınmaz əmlak layihələrini təqdim edəcək, ziyarətçiləri Azərbaycanın yeni turizm və investisiya imkanları ilə tanış edəcək, Xəzər sahilində kurort şəhərinin inkişafı üzrə qlobal planları və perspektivləri açıqlayacaq.