Sea Breeze MITT turizm sərgisində iştirak etdi

21 Mart, 2024

arrow

19-21 mart tarixlərində Sea Breeze şirkətinin nümayəndələri Moskvada “Crocus Expo” Beynəlxalq Sərgi Mərkəzində keçirilmiş 30-cu MITT Beynəlxalq Turizm və Qonaqpərvərlik Sənayesi sərgisində iştirak ediblər.

Biznes platformasının iştirakçıları dünyanın hər yerindən turizm sektorunda layihələr həyata keçirən ölkə, region və şirkət nümayəndələrini əhatə edirdi. Ənənəvi olaraq, MITT aparıcı bazar iştirakçılarının görüş yerinə çevrilir, tərəfdaşlıq müqavilələri bağlanır və təcrübə mübadiləsi aparılır.

Sea Breeze şirkətinin nümayəndələri qonaqlar və sərgi iştirakçılarını Bakıda yerləşən Sea Breeze Resort yaşayış-kurort kompleksi ilə tanış edib, unikal daşınmaz əmlak layihələri, əməkdaşlıq və investisiya perspektivləri barədə danışıb, həmçinin bütün sualları cavablandırıblar.