Sea Breeze nar ağaclarının əkilməsi ənənəsini davam etdirib

17 11.2025

arrow

16 noyabr tarixində Sea Breeze kurort şəhərində illik nar ağaclarının əkini həyata keçirilib. Məşhur nar sortları ilə tanınan Göyçay regionundan gətirilmiş 150 gənc ağac Nar bulvarına əlavə olunub. Bu ənənənin əsası COP29 konfransı çərçivəsində 2024-cü ildə qoyulub.

Tədbiri “Odlar Yurdu” ansamblı açıb. Qonaqlar ağacəkmə prosesində iştirak edib, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aksiyaya şəxsən qoşulub.

“Choyxona” restoranında “Ekosfera” sosial-ekoloji mərkəzi uşaqlar üçün təbiətə qarşı şüurlu münasibətin formalaşdırılmasına yönəlmiş ekoloji ustad dərsləri təşkil edib.

Sea Breeze dayanıqlılıq prinsiplərinə uyğun olaraq inkişafını davam etdirir: ərazidə təxminən 11 milyon ağac və bitki əkilib, mütəmadi olaraq ekoloji monitorinq aparılır. 2024-cü ildən etibarən kurort mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub ki, bu da sahilyanı zonanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.