Təqdimatınızı seçin və endirin
12 02.2025
Fevralın 12-də Sea Breeze-də Crocus Fitness Lighthouse-da MMA və UFC döyüşçüsü, dünyaşöhrətli Aleksey Oleynikin ödənişsiz master-klassı keçirilmişdir.
Aleksey öz təcrübəsini və döyüşlərə hazırlaşmağın sirlərini klub üzvləri ilə bölüşdü, MMA-da ciu-citsu texnikasını, Ezekiel boğma texnikasını və özünün məşhur metodunu (məharətlə müdafiə olunmaq və bədəniidarə etmək üsulu) nümayiş etdirdi. Avtoqraf sessiyası zamanı iştirakçılar və jurnalistlər idmançıya suallar ünvanlayıb, xatirə şəkilləri çəkdiriblər.
Aleksey Oleynik MDB-də döyüş sənətlərində əldə etdiyi nailiyyətlər, UFC-nin bir neçə böyük qlobal promo döyüşlərində iştirakı ilə tanınır. 80 peşəkar MMA döyüşü, döyüş sambosu üzrə 55 və MMA üzrə 10 dünya çempionluq kəməri, qarışıq döyüş növləri, qreplinq - bütün bunlar onun istedadını və əzmkarlığını sübut edir.
Döyüşçü Crocus Fitness Lighthouse-un yüksək keyfiyyətli avadanlıqlarını da vurğuladı: “İdman zalı çox müasirdir: yeni avadanlıq, hər şey ən xırda detallarına qədər düşünülüb. Burada həm həvəskar, həm də məşq alətlərinə yüksək tələblər qoyan peşəkar özünü əla formada saxlaya bilər", – Aleksey Oleynik dedi.