Sea Breeze kurort şəhərciyi CBC telekanalının “Bura Azərbaycandır” verilişində

07 07.2024

arrow

CBC televiziyasının çəkiliş heyəti bir neçə gün ərzində Sea Breeze kurort şəhərciyinin qonağı oldular və buradakı növbənöv yay fəaliyyətləri ilə tanış olmaq fürsəti əldə etdilər.

“Bura Azərbaycandır” verilişinin yeni buraxılışında su idman növləri, tennis kortu, fitnes zalı, kartinq və Sea Breeze çimərliklərindən bəhs edilir. Aparıcı Circus Sea Breeze-də beynəlxalq artistlər komandasının məşqini izlədi, Beach Club restoranının baş aşpazından isə paxla və yumurtalı Naxçıvan qovurmasının reseptini öyrəndi.