Sea Breeze “Dvijeniye” beynəlxalq daşınmaz əmlak sammitinin tərəfdaşıdır

27 02.2025

arrow

Fevralın 27-28-də Bakıda ilk dəfə olaraq “Dvijeniye” beynəlxalq daşınmaz əmlak sammiti keçirilir. Tədbir Rusiya, Azərbaycan, Almaniya, Polşa, Özbəkistan, Qazaxıstan, Çin, Hindistan, Türkiyə və digər ölkələrdən development şirkətlərinin top menecerlərini və sənaye ekspertlərini – ümumilikdə 450-dən çox iştirakçını bir araya gətirir. 

Agalarov Development şirkətinin prezidenti, Sea Breeze Resort kurort şəhərciyinin sahibi Emin Ağalarov sammitdə yeni layihələr və tərəfdaşlıqlardan danışdı: Sea Breeze eyni vaxtda bir neçə istiqamətdə fəal şəkildə inkişaf edir. Bu, bir tərəfdən, müxtəlif ölkələrdən gələn turistlərin rahat yaşaması və istirahəti üçün gələcəyin şəhəridir. Digər tərəfdən isə, misilsiz investisiya imkanlarına malik irimiqyaslı layihədir”, – deyə o qeyd etdi. “Biz bütün dünyada müxtəlif layihələrlə işləyirik: tərəfdaşlarımıza aparıcı hotel operatorları YE'S və Hilton daxildir. Sea Breeze yeni ildə və yaxın gələcəkdə bir çox yenilikləri təqdim edəcək. Biz Azərbaycanın turizm sektorunun inkişafına mühüm töhfə vermək və tərəfdaşlarımıza uzunmüddətli və səmərəli əməkdaşlıq üçün optimal şərait təklif etməkdən qürur duyuruq”, – deyə Ağalarov çıxışına davam etdi.

Sea Breeze kurort şəhərciyi "Dvijeniye 2025" beynəlxalq forumunun tərəfdaşıdır.