Təqdimatınızı seçin və endirin
10 10.2025
Sea Breeze yalnız yay mövsümündə deyil, ilboyu yaşayır: kurort şəhərinin ərazisində rahat həyat və istirahət üçün bütün zəruri infrastruktur daim mövcuddur.
Dəniz gəzintilərini Sea Breeze Marina-da bron etmək üçün +994 10 515 58 58 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Nine Senses İncəsənət Mərkəzində uşaqlar və böyüklər üçün mütəmadi olaraq dərslər keçirilir; qeydiyyat üçün əlaqə nömrəsi: +994 55 255 54 12.
Qonaqlar və rezidentlər üçün geniş qastronomik məkanlar seçimi mövcuddur: Shore House və Fish Box restoranları, türk mətbəxinin təqdim olunduğu Bosfor restoranı, The Grand apart-otel binasında yerləşən Wine Store & Bar şərab mağazası və barı, Lighthouse Mall-da Belçika brendi Le Pain Quotidien-in kafe-çörəkxanası, Nine Senses-də sağlam qidalanma menyusu və vegeterian seçimləri ilə Vida Cafe, həmçinin Park Residences yaşayış kompleksində yerləşən rahat Park Cafe. Masa rezervasiyası üçün müvafiq məkanların administratorları ilə əlaqə saxlamaq mümkündür.
Crocus Fitness idman mərkəzində geniş trenajor zalları və üzgüçülük hovuzu fəaliyyət göstərir, əlaqə nömrəsi: +994 12 310 80 31. Anti-aging Centerdə rahatlama və bərpa üçün müxtəlif prosedurlar təqdim olunur; ətraflı məlumat üçün nömrə: +994 50 444 78 01. The Grand binasındakı Wellness Club autentik SPA xidmətləri təklif edir; qeydiyyat üçün nömrə: +994 12 311 16 65. CaspiMayr mərkəzi isə mindful təcrübələr və bədən-ruh proqramları təqdim edir; bron üçün nömrə: +994 99 220 11 10. WW Beautydə kosmetik prosedurlar üçün qeydiyyat: +994 70 805 88 96.
Ərazidə Landau School & Kindergarten və Sabah School təhsil müəssisələri fəaliyyət göstərir. Maliyyə əməliyyatlarını, o cümlədən valyuta mübadiləsini, The Grand binasında yerləşən ABB Bank filialında rahat şəkildə həyata keçirmək olar; filial iş günləri saat 09:00-dan 17:00-dək açıqdır. Aloe Apteka aptek hər gün saat 10:00-dan 20:00-dək fəaliyyət göstərir. Bravo, Rahat və Bravo Premium supermarketləri gündəlik olaraq ziyarətçiləri qəbul edir. Fleur de Lys gül butikindən sifariş vermək üçün +994 50 444 87 07 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.