Təqdimatınızı seçin və endirin
07 10.2025
5 oktyabr tarixində Sea Breeze ərazisində Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı və Dream Group International-ın dəstəyi ilə təxminən 2000 tamaşaçını bir araya gətirən möhtəşəm Tokyo Drift şousu keçirildi. Saat 18:00-dan etibarən qonaqları zəngin proqram gözləyirdi: drift şousu, klassik və modifikasiya olunmuş avtomobillərin sərgisi, rəqs proqramı və LED işıqlı robotların çıxışları. Pilotlar təsirli çıxışlar nümayiş etdirdilər. Final yürüşü atəşfəşanlıq və işıq effektləri ilə müşayiət olundu, “bublik” formasında drift isə axşamın parlaq yekunu oldu.