Sea Breeze “Gələcəyin şəhərləri” Beynəlxalq Konfransında iştirak etdi

26 09.2024

arrow

Sentyabrın 24-də Skolkovo Texnoparkında payızın əsas tədbirlərindən olan "Gələcəyin şəhərləri" Beynəlxalq Konfransı keçirildi. Tədbir 2050-ci ilə qədər yeni formatda 100 şəhər yaratmaq üçün qlobal developerləri bir araya gətirir. 

İştirakçılar panel müzakirələrində, eləcə də innovasiyalar, texnologiyalar və müasir memarlıq həlləri sərgisində iştirak edərək, yeni şəhərlərin görünüşünü formalaşdıran sənaye liderləri ilə ünsiyyət qurmaq üçün unikal imkan əldə etdilər.

Konfransda Sea Breeze kurort şəhərciyinin nümayəndəsi Sea Breeze layihəsinin timsalında Azərbaycanda şəhərsalma” mövzusunda təqdimatla çıxış etdi. O, Sea Breeze-in gələcəyinə informativ baxışı təqdim etdi və tezliklə həyata keçiriləcək innovativ həllərdən söz açdı. Şirkətin mütəxəssisləri Sea Breeze-in layihə fondu və Azərbaycanın investisiya üstünlüklərindən danışdılar.