Təqdimatınızı seçin və endirin
22 09.2024
Sentyabrın 21-də Bakıda ölkənin aparıcı həkim və texniki mütəxəssislərinin iştirakı ilə Meet Point seminarı keçirildi. Tədbir Flame Towers biznes mərkəzində baş tutdu. Sea Breeze tədbirin tərəfdaşı qismində çıxış etdi. Şirkətin mütəxəssisləri qonaqlara kurort şəhərciyinin layihə fondu və inkişaf perspektivləri barədə ətraflı məlumat verdilər.
Caspian Dream Liner-in maketi isə iştirakçıların diqqətini xüsusən cəlb etdi. Bu maketdə xüsusi olaraq salınmış süni adada tikilən 11 mərtəbəli apart-hotelin yekun versiyasını rahat müşahidə etmək olar. Bir neçə ildən sonra layihə Xəzər sahilinin əsas cazibə nöqtəsinə çevriləcək.
Tədbirin sonunda müsabiqə keçirildi və seminar iştirakçılarından biri Sea Breeze tərəfindən kurort şəhərciyində istənilən daşınmaz əmlak alışına 10 000 ABŞ dolları dəyərində endirim kuponu qazandı.