Sea Breeze “Küləyə qalib gəl” marafonunun sponsoru oldu

05 05.2025

arrow

4 may tarixində Bakıda “Küləyə qalib gəl!” şüarı altında kütləvi qaçış marafonu keçirildi – Sea Breeze bu şəhər yarışına dəstək göstərdi.

Marafon marşrutu Dövlət Bayrağı Meydanından başlayaraq eyni nöqtədə tamamlandı, Dənizkənarı Bulvarı, şəhərin mərkəzi küçə və prospektlərini əhatə etdi. Ümumi məsafə 21 kilometr təşkil edirdi. Şəhərin müxtəlif yerlərində marşrut boyunca əyləncə zonaları təşkil olunmuşdu.

Dənizkənarı kurort şəhəri Sea Breeze marafonun sponsoru kimi çıxış etdi, əməkdaşlar isə iştirakçı qismində qaçışa qoşuldular. Yarışda iştirak üçün ümumilikdə təxminən 28 000 nəfər qeydiyyatdan keçmişdi.

Sea Breeze əməkdaşları arasında ilk üçlüyə ⁠⁠⁠Əli Qasımov, Rüstəm Hacıyev və ⁠⁠Kristina Samarina daxil oldular. Qalibləri və bütün iştirakçıları təbrik edir, yeni idman uğurları arzulayırıq!