Sea Breeze-də beynəlxalq yarışlar və idman tədbirləri keçiriləcək

29 04.2026

arrow

2026-cı ildə Bakı, “Dünya İdman Paytaxtı” olaraq, bir sıra mühüm idman tədbirlərinin keçirildiyi şəhər olacaq. May ayından avqust ayına qədər Sea Breeze mövsümün əsas məkanlarından biri kimi beynəlxalq yarışların, turnirlərin və müxtəlif formatlı idman fəaliyyətlərinin keçirildiyi platformaya çevriləcək.

Mayın 3-də “Küləyə qalib gəl” şüarı altında doqquzuncu dəfə Bakı Marafonu keçiriləcək. Bu il ilk dəfə marafon məsafəsi 42 km təşkil edəcək: marşrut Dövlət Bayrağı Meydanından başlayaraq Sea Breeze-də başa çatacaq. Yarışda Avropa və Asiyadan olan beynəlxalq idmançılar və həvəskarların iştirakı gözlənilir.

Mayın 10-dan 14-dək beynəlxalq AZVIF Cycling Race (Bakı–Xankəndi) veloyarışı Azərbaycanın 21 şəhər və rayonunu əhatə edəcək. Beş günlük yarışın ilk iki mərhələsi Sea Breeze ərazisindən start götürəcək, daha sonra iştirakçılar marşrutu ölkənin regionları üzrə davam etdirəcəklər. Yarışda beynəlxalq peşəkar komandalar iştirak edəcək.

Mayın 31-də Sea Breeze Kids Run by Bir Ecosystem uşaq qaçışı baş tutacaq. Açıq havada keçiriləcək bu ailəvi idman festivalında 5–16 yaş arası iştirakçılar kurort-şəhərin qapalı marşrutu üzrə 1 km məsafəni qət edəcəklər. Finişdən sonra qonaqlar üçün uşaq əyləncələri, yaradıcılıq zonaları və musiqi proqramı ilə interaktiv tədbirlər təşkil olunacaq.

İyunun 1-də, Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində, Sea Breeze ərazisində xeyriyyə proqramı keçiriləcək. Crocus Fitness Lighthouse-da isə uşaqlar üçün üzgüçülük yarışları və futbol turniri daxil olmaqla idman tədbirləri baş tutacaq.

Yay mövsümünün başlanğıcı ilə Sport Beach Club mövsümi idman tədbirləri üçün xüsusi məkan kimi fəaliyyət göstərəcək. Burada tennis, padel və futbol turnirləri, uşaq üzgüçülük çempionatı, eləcə də müxtəlif su və çimərlik idman tədbirləri keçiriləcək.

İyulun 3-dən 13-dək TODES rəqs intensiv proqramı keçiriləcək. Proqrama gündəlik məşqlər, kollektivin ulduzlarının ustad dərsləri, rəqs yarışları, kvestlər və axşam proqramı daxildir. İştirakçılar üçün transfer, yerləşmə, qidalanma, tibbi müşayiət, mühafizə, brend futbolka və peşəkar fotosessiya nəzərdə tutulub.

İyulun 11-də Sea Breeze ərazisində IBA Champions Night keçirilməsi planlaşdırılır.

Avqustun 15–16-da kurort-şəhər FIBA 3x3 Women’s Series mərhələsini qəbul edəcək. Bu, müxtəlif ölkələrdən peşəkar komandaların iştirak etdiyi beynəlxalq 3x3 basketbol seriyasıdır.

Mövsüm ərzində həmçinin açıq havada cycle məşqləri, çimərlikdə funksional məşqlər, eləcə də padel üzrə beynəlxalq və həvəskar turnirlər planlaşdırılır.

Tədbirlərin tarixləri və proqramları barədə əlavə məlumatlar yaxın zamanda elan olunacaq.