Təqdimatınızı seçin və endirin
28 08.2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Sea Breeze-də olublar. Sea Breeze-in rəhbəri Emin Ağalarov bir sıra mühüm yeni layihələri, o cümlədən kurort şəhərciyindəki ən böyük apart-hotel olan The Grand, LANDAU School-un yeni binası, həmçinin ərazidəki yeni infrastruktur və mühüm obyektlər mötəbər qonaqlara təqdim edib.
Hazırda Sea Breeze gələcəyin şəhəri kimi inkişaf edir: memarlıq həlləri baxımından ekoloji, müasir və texnoloji. Üç il ərzində layihənin ümumi sahəsi 5 milyon kv.m-dən çox olacaq və 100 min ədəd daşınmaz əmlak tikilib istifadəyə veriləcək. Sakinlərin və turistlərin ümumi sayı 300 min nəfərə, iş yerlərinin sayı isə 20 min nəfərə çatacaq.