10 sentyabr saat 18:00-da Nine Senses yaradıcılıq mərkəzində «Həyat dairəsi» adlı unikal sərgi baş tutacaq

08 09.2023

arrow

 

Nine Senses yaradıcılıq mərkəzində məşhur rəssam Fərhad Sadıxovun müəllifi olduğu «Həyat dairəsi» adlı unikal sərgi baş tutacaq.

Nine Senses Art Center özündə bir çox mədəniyyətlərin ənənələrini və biliklərini cəmləşdirən; dünyagörüşünü, şüuru və bədən təcrübəsini genişləndirmənin; yaradıcılığın və özünü inkişaf etdirmənin ünvanıdır. Bu həm retreat mərkəzi, həm də yaradıcılıq, bədən, şüur və ruh üçün bir məkandır. Məhz buna görə, Fərhad Sadıxovun “Həyat dairəsi” adlı sərgisi 6-8 oktyabr tarixlərində Bakıda keçiriləcək Nine Senses Fest festivalının təməlini qoyan ilk tədbir olacaq. Yaradıcılıq mərkəzi beynəlxalq və azərbaycanlı ekspertlərin görüşləri, təcrübə mübadiləsi və fiziki və mənəvi təcrübələrinin keçirildiyi məkana çevriləcək.

“Həyat dairəsi" sərgisinin mandalalarında Günəşin kristallaşmış formaları, kainatın harmoniyasını və "Nine Senses" festivalının qonaqlarının mənəvi əhval-ruhiyyəsini dəstəkləyir. Hinduizm və Buddizm kimi bir çox dini ənənələrdə mandalalar mənəvi yüksəlişin simvolu və maariflənmə yolu kimi istifadə olunur. Onlar şüuru və daxili sabitliyi inkişaf etdirməyə kömək edən meditasiya fokusu kimi xidmət edə bilərlər. Sərgi, bir ekspozisiyada dairənin əbədilik, kainatın sonsuzluğu və günəş işarəsi kimi arxetipik simvollarının özündə birləşdirməsi üzərində qurulmuşdur. Hər bir əsər öz ətri və musiqisi ilə müşayiət olunur və öz vibrasiya dalğasını saçır. Bu ekspozisiyanı, həmçinin dairə simvolunu, onun seyrini və təsvir etməni müalicəvi təcrübə kimi də hesab etmək olar. Mandala vasitəsilə biz kainatın fraktal modelini yenidən yaradırıq və onun bir hissəsi olan insan bütün kainatla əlaqədə olduğunu və bağlılığını xatırlayır.