9 sentyabrda italyan opera və estrada müğənnisi Alessandro Safinanın möhtəşəm konserti ilə Sea Breeze Live’23 yay musiqili sezonu başa çatdı

10 09.2023

arrow

Safina konsertdə özünün “Incanto”, “Insieme a te”, “Il mondo”, “Memory”, “Da troppo tempo”, “Luna” və dünyaca məşhur “Besame Mucho”, “My way, Moon river” kimi mahnıları ifa etdi.

İtalyan müğənninin Azərbaycanın Xalq artisti EMIN ilə Müslüm Maqomayevin “Sinyaya veçnost” mahnısını birlikdə ifa etməkləri gecənin ən gözlənilən və həyacanlı məqamlarından biri oldu. Mahnı, bir neçə il əvvəl Safinanın şəxsi istəyi ilə repertuarında yer almışdı.

Həmçinin, 9 sentyabrda “Sea Breeze Walk of Fame”-də Alessandro Safinanın imzalı ulduzunun açılış mərasimi də baş tutdu. İtaliyanın Azərbaycandakı səfirinin müavini cənab Marvin Seniqa və tanınmış restorançı sinyor Elio Bevilacqua da məşhur həmyerlilərini təbrik etməyə gəlmişdilər.

Qeyd edək ki, Alessandro Safinanın ulduzundan öncə Sea Breeze Walk of Fame-də Engelbert Humperdinck, Nani Breqvadze, Müslüm Maqomayev və Tamara Sinyavskaya kimi məşhurların imzalı ulduzları öz yerlərini alıblar.

Tədbirdə Safina bunları bildirib: “Sea Breeze Resort kimi möhtəşəm bir yerin şöhrət xiyabanında imzalı ulduzumun olmasından böyük qürur hissi yaşayıram. Bu cür hədiyyə və dostluğu üçün Eminə təşəkkür edirəm!"