Təqdimatınızı seçin və endirin
20 03.2025
18 mart tarixində The Grand Apart-Hotel-də Sea Breeze Magazine jurnalının ilk buraxılışının rəsmi təqdimatı baş tutdu. Jurnal Sea Breeze-dəki yeniliklər, layihələr və maraqlı hadisələr haqqında məlumat verəcək.
Tədbirdə Sevda Ələkbərzadə, Nigar Camal, Eldar Qasımov, Dilarə Kazımova, Mədəniyyət nazirinin müavini Murad Hüseynov, eləcə də Sea Breeze-in dostları və tərəfdaşları iştirak etdilər. Qonaqlar Sevanna, Sanremo Junior 2025 İtaliya festivalında Azərbaycanın nümayəndəsi Camal Qasımov və Excellent Music Band-in canlı ifalarından zövq aldılar. Gecənin əsas hadisəsi isə Avropanın ən titullu sirki – Flavio və Daniele Togni-nin möhtəşəm çıxışı oldu.
Sea Breeze Magazine – gələcəyin şəhərciyi, xəyallar və onları gerçəkləşdirən insanlar haqqında parlaq bir nəşrdir. İlk buraxılışda Sea Breeze-in kommersiya direktoru Ayaz Tağıyevlə daşınmaz əmlaka investisiya mövzusunda müsahibə, Caspian Dream Liner layihəsinin müəllifi, memar Adel Zehni ilə eksklüziv müsahibə, Elbəy Sadıxlı və Orxan Aslanovun unikal fotoşəkilləri, eləcə də qarşıdan gələn layihələr və tədbirlər haqqında maraqlı məlumatlar yer alır.
Jurnalın ilk buraxılışının üz qabığında Sea Breeze-in təsisçisi Emin Ağalarov yer alıb. Jurnal hər iki aydan bir nəşr olunacaq və artıq kurort şəhərciyinin bütün paylama nöqtələrində mövcuddur.