Sea Breeze-də beynəlxalq Nikki Beach şəbəkəsinin ilk pop-up layihəsi açıldı

16 07.2024

arrow

Tanınmış beynəlxalq hotellər şəbəkəsi Nikki Beach Hospitality Group Bakıda, Xəzər dənizi sahilində ilk çimərlik pop-up klubunu açdı. İyulun 13-də Sea Breeze kurort şəhərciyinin ərazisində, yay mövsümünün açılışı və yeni pop-up klubunun istifadəyə verilməsi münasibətilə möhtəşəm White Party keçirildi. Biletləri qısa müddət ərzində tam satılmış tədbirdə qonaqlara zəngin proqram təqdim olundu: rəqqas və musiqiçilərin çıxışları, gecənin xüsusi qonaqları – Mlle Sabah və Emanuele Espositonun DJ setləri və möhtəşəm atəşfəşanlıq.

Nikki Beach 2002-ci ildən bəri məşhur White Party-yə ev sahibliyi edir. İlk dəfə San-Tropedə Nikki Beach-in açılışında baş tutmuş bu tədbir Naomi Kempbellin ad günündə keçirilmişdi. Məhz Naomi ağ geyim tərzini yaratdı və o vaxtdan bəri Nikki Beach hər il dünya üzrə layihələrində yay mövsümünün açılışı şərəfinə bu formatda əyləncə gecələri təşkil edir. Yay pop-up layihəsi sentyabrın ortalarınadək – Azərbaycanda Formula 1 Qran Prisi”-nin bağlanışına qədər davam edəcək.

Klubun yay proqramına mövsüm boyu məşhur Amazing Sundays, canlı musiqi və xüsusi tədbirlər daxildir. Çimərlik klubuna həm qapalı, həm də açıq hava restoranı, şərab zirzəmisi, şezlonqlarla əhatə olunmuş üzgüçülük hovuzu və barı olan istirahət zonası daxildir.

Çimərlik pop-up klubu üçün rezervasiyalar artıq açıqdır. Bunun üçün bookings.baku@nikkibeach.com ünvanına sorğu göndərməklə müraciət edə bilərsiniz. Layihə barədə ətraflı məlumat sosial şəbəkələrdə və https://baku-bc.nikkibeach.com veb-saytında.