Sea Breeze-də boks üzrə master-klas keçirildi

07 07.2024

arrow

İyulun 7-də Sea Breeze-də yerləşən Crocus Fitness Lighthouse-da boks üzrə master-klas keçirildi. Azərbaycan çempionu, 2016-cı il Yay Olimpiya Oyunlarının və 2017-ci il Dünya Çempionatının bürünc mükafatçısı, 2017-ci il Avropa çempionatının gümüş mükafatçısı Kamran Şahsuvarlı xüsusi fəndlər nümayiş etdirərək, qonaqlarla söhbət etdi. İştirak edənlər peşəkar idmançı ilə rinqə çıxmaq və boks bacarıqlarını artırmaq imkanı əldə etdilər.