Təqdimatınızı seçin və endirin
19 05.2025
Mayın 18-də Sea Breeze kurort şəhərciyində Azərbaycanda ilk özəl yaxta klubu olan Sea Breeze Marina öz qapılarını qonaqların üzünə açdı.
Rəsmi mərasimi Sea Breeze-in təsisçisi Emin Ağalarov və Marina Village yaşayış kompleksinin tikintisinə rəhbərlik etmiş – Orxan Mustafayev və Arad Tevalkov tərəfindən keçirildi.
Açılış günü qonaqlar üçün DJ CAME, The Excellent Music Band və saksofonçu Elvin Salmanov çıxış etdilər. Azərbaycan Yelkənli İdman Federasiyası uşaqlar üçün master-klaslar keçirdi və yaxtaçılıq məktəbinə qəbul təşkil etdi. Təntənəli mərasim atəşfəşanlıqla başa çatdı.
Sea Breeze Marina 60-dan çox yaxta qəbul edə bilər və özündə gəzinti yeri, yaşıllıq sahələri, yemək zonası və alış-veriş küçəsini ehtiva edir. Bu məkan həm yaxta sahibləri, həm də kurortumuzun qonaqlarının ixtiyarındadır.