FIBA ​​3x3 Sea Breeze-də: dənizin sahilində beynəlxalq yarışlar

20 05.2025

arrow

Mayın 24-dən 27-dək Sea Breeze 3x3 basketbol yarışlarına ev sahibliyi edəcək. Azərbaycan ilk dəfə olaraq FIBA ​​3x3 Dünya Kubokunun seçmə mərhələsinə, ardınca isə FIBA ​​3x3 Qadınlar Seriyasına ev sahibliyi edəcək.

Çempionatın əsas mərhələsinə yüksəlmək üçün Azərbaycan, Kanada, Böyük Britaniya, Misir, Latviya və digər ölkələrin komandaları mübarizə aparacaq. Qadınlar seriyasında Qazaxıstan, Çin, Rumıniya, Avstriya komandaları, həmçinin Praqa və Roma klubları iştirak edirlər.