Sea Breeze-də məşhur Dj Mahmut Orhanın şousu baş tutdu

13 07.2024

arrow

İyulun 12-də Sea Breeze kurort şəhərciyinin böyük yay səhnəsində dünyaşöhrətli türkiyəli ulduz Dj Mahmut Orhanın çıxışı oldu. Dj Mahmut Orhan Coachella və Ultra Music Festival kimi böyük festivallarda çıxış edib, bütün Avropa boyunca qastrollar keçirir və ardıcıl olaraq şouları ilə milyonları sevindirir. Mahmut Orhan parlaq dj seti ilə rəqs meydançasını alovlandırdı. Şou ənənəvi atəşfəşanlıqla başa çatdı.