Təqdimatınızı seçin və endirin
29 10.2025
1 və 2 noyabr tarixlərində CaspiMayr qonaqları Pumpkin Fest-ə dəvət edir – dad, sağlamlıq və ilhamın qovuşduğu bir festival. Xəzər sahilində qonaqları qlütensiz və şəkərsiz desertlər, canlı musiqi və handmade məhsulların təqdim olunduğu kənd yarmarkası gözləyir. Giriş sərbəstdir.
Payız ab-havasını qastronomik formatda yaşamaq istəyənlər üçün öncədən sifariş edilə bilən branç menyusu təqdim olunacaq. İştirak haqqı – 1 nəfər üçün 60 AZN, tədbir saat 12:00-dan 16:00-dək keçiriləcək.
Festival çərçivəsində müxtəlif şoular və ustad dərsləri təşkil olunacaq – çörək bişirilməsi, plov, desertlər və uşaqlar üçün yaradıcı məşğələlər. İştirak haqqı – 1 nəfər üçün 20 AZN.
Ətraflı məlumat və rezervasiya üçün əlaqə nömrəsi: +994 99 209 02 02.
Festival CaspiMayr, Sea Breeze Resort ərazisində keçiriləcək.