Təqdimatınızı seçin və endirin
30 07.2025
Sea Breeze, dünya ulduzu Castin Timberleykin solo konsertinə həsr olunmuş mənzil tirajının nəticələrini məmnuniyyətlə elan edir. Qalib 99453450150806-0 nömrəli biletlə iştirak edən Mina Aslanova oldu.
Tirajda konsert bileti almış bütün qonaqlar avtomatik olaraq iştirak edirdi. Uduş — Xəzər dənizi sahilində yerləşən kurort-şəhər Sea Breeze ərazisindəki Park Lane yaşayış kompleksində mənzil idi. Bu yaşayış məkanı müasirlik, rahatlıq, üslub və yüksək səviyyəli xidmətin vəhdətini təklif edir.
Qalibi təbrik edir və onu Sea Breeze sakinləri sırasında görməkdən məmnunuq!