arrow
arrow
arrow
arrow
arrow
arrow
arrow
arrow
arrow
arrow

SEA BREEZE

FITNESS BY EMIN AGALAROV

Xəzər dənizi sahilində yeni və müasir Fitness by Emin Agalarov sağlam və aktiv həyat tərzi mərkəzidir. Klubumuzu unikal edən əsas cəhətlərdən biri odur ki, burada təbiətin gözəlliyi ilə şəhər rahatlığının ahəngi təmin olunur. Belə ki, klub Xəzər dənizinin füsunkar sahilində, Bakının mərkəzindən cəmi yarım saatlıq məsafədə, Sea Breeze Resort kompleksinə daxil olan Lighthouse rezidens binasında yerləşir.

Sahəsi 3000 kv.m. olan Fitness by Emin Agalarov fitnes-klubunda sağlam və aktiv həyat üçün bütün imkanlar yaradılıb. Burada qabaqcıl texnologiya və avadanlıqlar, o cümlədən, velosiped studiyası, pilates və streçinq üçün zonalar təklif olunur. Klubda həmçinin “Immunity”, yüksək intensivlikli interval məşqləri, “Cool Punch” və digərləri də daxil olmaqla, Crocus Fitness təlimçiləri tərəfindən hazırlanmış unikal proqramlar da keçiriləcək.

Kompleksə açıq hovuza keçidi olan panoramik hovuz və “lounge” zona, unikal “Recovery” (bərpa) zonası, ayrıca masaj otağı və fitobar, həmçinin uşaq hovuzu və ailə paltardəyişmə otağı daxildir.

Bizim üçün çox vacibdir ki, Fitness by Emin Agalarov fitnes-klubunda hər bir müştərimiz özünü xüsusi hiss etsin. Buna görə də VIP üzvlərimizə eksklüziv xidmətlər təklif edirik. VIP üzvlüyünə malik şəxslər VIP geyinib-soyunma otaqlarında fərdi şkaflar, camaşırxana xidmətləri, premium dərəcəli dəsmal və xalatlardan istifadə edə bilərlər.

Fitness by Emin Agalarov sadəcə fitnes-klub deyil. Burada intensiv məşq, hərtərəfli istirahət və effektiv bərpa imkanları unikal şəkildə vəhdət təşkil edir. Sağlam həyat tərzinə, keyfiyyətə və rahatlığa önəm verənlər üçün hər cür şərait düşünülüb və yaradılıb. Bizimlə birgə keçirdiyiniz hər anı daha məhsuldar və xoş etmək üçün daim yeniliklərlə xidmətinizdəyik.