Sea Breeze-də oxatma üzrə master-klaslar keçirildi

21 08.2024

arrow

Avqustun 17 və 18-də Sea Breeze-də oxatma üzrə peşəkar idmançılar, Azərbaycan milli komandasının üzvləri Əhməd Hüseynov və Fatimə Hüseynli tərəfindən master-klaslar keçirildi. İdmançılar bu idman növünün incəliklərini hər kəslə bölüşdülər. Master-klaslar avqustun 23-dən 25-dək Avropa Oyunları Parkında keçiriləcək kamandan oxatma üzrə ölkə çempionatı münasibətilə keçirildi.