Caspian Dream Liner – dünya memarlığının Xəzərdəki yeni reallığı

15 09.2023

arrow

Yaxın illərdə Azərbaycan, dünyaya memarlığın yeni şah əsərini təqdim etmək niyyətindədir. Söhbət, məşhur iş adamı Emin Ağalarovun 2023-cü ilin yayının əvvəlində elan etdiyi “Caspian Dream Liner” layihəsindən gedir.

Layihənin ümumi sahəsi 60 min kvadrat metr təşkil edəcək. İş adamı, tikintiyə qoyulan investisiyanı 230-250 milyon dollar dəyərində qiymətləndirir. Layihəyə artıq start verilib: hazırda dənizdə, gəminin tikintisi üçün ada salınır.

Ağalarov, layihənin gələcək potensialını vurğulayaraq, bunları qeyd edir: “Mən həmişə 'Burj Al Arab' konseptini bəyənmişəm. Dənizdəki bu şah əsərinin artıq 25 yaşı var və mən inanıram ki, Dubay öz adını dünya turizm xəritəsinə məhz bu tikilinin sayəsində yazdırdı."

Caspian Dream Liner'in tikintisinin 3 il davam edəcəyi planlaşdırılır.