Sea Breeze Moskvada keçirilən INVEST DUBAI EXPO sərgisinin baş sponsoru oldu

11 09.2023

arrow

8-9 sentyabr tarixlərində Moskvada The Carlton otelində INVEST DUBAI EXPO (IDE) beynəlxalq sərgisi keçirilib.

Sərgi daşınmaz əmlak bazarı barədə ən son tendensiyaları, yeni layihələr haqda məlumatı özündə cəmləyib. 

IDE iştirakçıları sahibkarlar və investorlar netvorkinqinin bir hissəsi olmaq, qapalı auksionda iştirak etmək və daşınmaz əmlak alarkən real endirimlərdən faydalanmaq kimi unikal fürsətlər əldə ediblər.

Layihənin təsisçisi və developeri Emin Ağalarov tədbirin ilk günündə Sea Breeze-in inkişaf tarixindən, eləcə də yaxın gələcək üçün planlardan və yeni layihələrdən danışıb. Sea Breeze Resort-un satış və investisiyalar üzrə direktoru Ayaz Tağıyev də spikerlər panelində çıxış edərək Azərbaycanın, xüsusən də kurort şəhərciyimizin investisiya cəlbediciliyi mövzusunu müzakirə edib.

Qeyd edək ki, INVEST DUBAI EXPO sərgisinin baş sponsoru Sea Breeze Resort olub.