Qarşılayın: Fitness by Emin Agalarov, dənizin sahilində yeni innovativ fitnes klubu

15 10.2023

arrow

Dənizin sahilində, Sea Breeze Resort-da Fitness by Emin Agalarov - yeni ailəvi və innovativ fitnes klubu açıldı.

Klubumuzun mənzərəli Xəzər dənizi sahilində, Bakının mərkəzindən cəmi yarım saatlıq məsafədə, Sea Breeze istirahət kompleksinin Lighthouse binasında yerləşməsi, təbiət və urbanizmin qovuşması mənasında onun unikallığını təmin edir.

3000 kvavdrat metr sahəni əhatə edən Fitness by Emin Agalarov fitnes klubu cycle-studiya, pilates və dartınma üçün nərəzdə tutulumş zonalar daxil olmaqla, qabaqcıl texnologiyaları və avadanlıqları təklif edən yeni aktiv həyat tərzi mərkəzi olacaq.

Klubda həmçinin Crocus Fitness-in peşəkar məşqçiləri tərəfindən tərtib edilmiş unikal proqramlar da yer alacaqlar. Onlar arasında immunity, intensiv interval məşqlər, Cool Punch və digərlərini qeyd etmək olar.

Klubun Xəzər Dənizi yaxınlığında, sahildən cəmi 150 metrlik məsafədə yerləşməsi, üzvlərinə açıq havada məşqlər zamanı möhtəşəm mənzərədən və sərin dəniz havasından həzz almaq imkanı yaradır.

Trenajor zalı dünyanın aparıcı istehsalçılarının təqdim etdiyi ən müasir avadanlıqlarla təchiz olunub.

Yeni kompleksin özəlliklərindən biri isə həm üzmək, həm də açıq səma altında Xəzər dənizinin mənzərəsindən həzz alaraq istirahət etmək imkanı yaradan, loung ərazisi olan, açıq hovuza keçid edən panoramalı hovuzdur.

Həmçinin kompleksin, sauna, hamam, buz qeneratoru, fitobar və s. ilə təchiz edilmiş bərpa zonası da mövcuddur.

Fitnes klubda uşaqlara da böyük diqqət ayrılır. Onlar üçün fərqli zalda və oyun otağında keçiriləcək xüsusi təlimlər nəzərdə tutulub. Uşaq hovuzu və ailəvi soyunub-geyinmə otağı mövcuddur.

Beləliklə, 6 ayından başlayaraq, hətta ən balaca qonaqlarımız da, məhz onlar üçün tərtib edilmiş hovuz proqramlarından yararlana biləcəklər.

Fitness by Emin Agalarov sadəcə fitnes klub deyil, həmçinin intensiv məşqləri, istirahəti və effektiv bərpanı özündə birləşdirən unikal məkandır.

Kompleksdə sağlam həyat tərzinə, keyfiyyətə və komforta qiymət verənlərin bütün tələbatları nəzərə alınıb.

Üzvlük kartını indi alanlar üçün 50%-lik unikal endirim! Tələsin!