Sea Breeze-ə sadəcə 20 dəqiqəyə: Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə başlanılıb

05 04.2024

arrow

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə başlayıb. Bu yol ilə Bakıdan “Sea Breeze” kurort şəhərinə gediş vaxtı cəmi 23 dəqiqə olacaq.

Uzunluğu 12,7 km olan altızolaqlı yol Bakının avtomobil yükünün azaldılması və nəqliyyat axınının tənzimlənməsində mühüm rol oynayacaq. Böyükşor gölündən başlayacaq bu yol Məmmədli və Kürdəxanı kəndlərindən keçərək Pirşağı kəndinə gedəcək.