Təqdimatınızı seçin və endirin
09 06.2024
"McDonald's"ın açılış mərasimində "Sea Breeze Resort"un sahibi Emin Ağalarov və "McDonald's" Azərbaycan Müşahidə Şurasının sədri Fərid Əlizadə iştirak ediblər. "McDonald's"ın əməkdaşları layihənin və kurort şəhərciyinin maketi şəklində hazırlanmış nəhəng ad günü tortunu təqdim ediblər. Yeni restoranda açıq havada vaxt keçirə və Xəzər dənizinin gözəl mənzərələrindən həzz ala biləcəyiniz geniş terras da var.
Açılışı baş tutmuş digər mühüm layihə bütün ailə üçün sağlam və aktiv həyat tərzi mərkəzi olan "Crocus Fitness Lighthouse"dur. Böyük beynəlxalq "Crocus Fitness" ailəsinin növbəti məkanı olan "Crocus Fitness Lighthouse" klubunun unikallığı ilboyu qızdırılan açıq hovuz, eləcə də qapalı hovuzdur. 3500 kv.m sahəsi olan fitnes klubu qabaqcıl texnologiyalar və avadanlıqlar təklif edir. Qırmızı lentin kəsilməsi mərasimində Emin Ağalarov, “Crocus Fitness” şəbəkəsinin direktoru Vlad Petrov və “Vintaj” qrupunun solisti Anna Pletneva iştirak ediblər. Açılışda Stiven Siqal, Sergey Burunov, Hüseyn Həsənov, Səbinə Ağalarova. Bəhh Tee, Elman, Toni, Şevqi, Zabit Səmədov, Kənan Bədəlov kimi artistlər və bloggerlər iştirak ediblər.
Sea Breeze-də daha bir qastronomik layihə qapılarını qonaqların üzünə açdı. Müasir və ənənəvi özbək mətbəxini təqdim edən "The Choyxona Sea Breeze" restoranı ilk xarici layihədir ki, onun ərazisində 12 unikal kabinet var, həmçinin çimərlikdə yay terrası fəaliyyət göstərir. Restoranın açılışında qonaqlara layihənin sevimli təamı olan özbək bayram plovu təqdim olundu. Tədbirdə Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Əşrəfxanov da iştirak etdi.
Qonaqları daha çox yeni layihələr gözləyir!