Sea Breeze-də "Yana Jewellery" butiki açıldı

10 06.2024

arrow

İyunun 9-da Azərbaycanda ilk "Yana Jewellery" butiki açıldı. Zərgərlik salonu dəbdəbəli The Grand Sea Breeze-də yerləşir. Dənizin sahilində yerləşən bu apart-otel 224 mənzil və üç penthausdan ibarətdir. 

Açılış mərasimində Yana və Vadim Raskovalov, Emin Ağalarov və Alena Qavrilova, Sergey Burunov, İrina Ağalarova, Elnara de Birbuet, Aysel Mirzoyeva, Elçin Əmirov, Emil Axundov, Nigar Kəlbiyeva, Kamilla Babayeva, Kamilla Verdiyeva və başqaları iştirak etdilər.

"Yana Jewellery" zərgərlik brendi 2010-cu ildə əsası qoyulmuş "YANA" dəb evinin aparıcı layihələrindəndir. "Kistoçki" kolleksiyası art deko və boho şık tərzlərinin mükəmməl ahəngidir.

Brendə "Yana Jewellery" ilə yanaşı, geyim markaları da aiddir. Belə ki, "Yana Dress" kutyur brendi və nisbətən daha büdcəli, amma zərifliyi, müasir tendensiyaları və yüksək keyfiyyəti özündə birləşdirən "Like Yana" orta seqmentdə mükəmməl tərzlər təklif edir. Hər kolleksiya özünəməxsus üslubu və detallara diqqəti əks etdirir ki, bu da brendi bütün dünyada məşhur edir və beynəlxalq bazarda öz mövqeyini möhkəmləndirməyə imkan verir.

"Yana" markasını Lyusya Çebotina, Qlükoza, Polina Qaqarina və başqa məşhurlar seçirlər. Artıq Sea Breeze kurort şəhərciyinin sakinləri və qonaqları da "Yana Jewellery" butikinə baş çəkə biləcəklər.