Təqdimatınızı seçin və endirin
09 06.2024
İyunun 8-də Sea Breeze-də "SEA BREEZE SUMMER LIVE"in yeni yay mövsümünün möhtəşəm açılış mərasimi keçirildi. Günün əsas hadisələrindən biri Sea Breeze-in əsas yay səhnəsində ulduzların konserti oldu.
Üç saat davam edən musiqi marafonunda "RAAVA Music" artistləri - Elman, Andro, Mona, Toni, hitmeykerlər Bahh Tee & Turken, hər kəsin sevimlisi EMIN, Anna Pletneva ("Vintaj" qrupu), Ellai, Murad Arif, Hiss və “Eurovision 2024” müsabiqəsində Azərbaycanı təmsil etmiş Fahree və İlkin Dövlətov çıxış etdilər. Gecənin aparıcısı Kostya Bravo idi.
Genişlənmiş fan zonası daha çox tamaşaçıya sevimli sənətçilərinə daha yaxın olmağa imkan verdi. Konsertdən əvvəl qonaqları fud-kortlarda DJ musiqisi və qastronomik ləzzətlər gözləyirdi. Konsert Sea Breeze yay tədbirləri üçün ənənəvi bayram atəşfəşanlığı ilə başa çatdı.