Sea Breeze-də Sport Beach Club açıq hava idman zalı fəaliyyətə başladı

16 08.2024

arrow

Çimərlikdə – padel kortları, tennis kortları, futbol meydançası və sapsörfinq bordlarının icarəsi köşkünün yaxınlığında 500 kv.m-lik sahəyə malik orijinal “Sport Beach Club” açıq hava idman zalı fəaliyyətə başladı. Burada siz “İnstaqram” üçün dəbli fotolar çəkə, çimərlik geyimində idman edə, məşqdən sonra dərhal Xəzər dənizinə baş vura bilərsiniz. Açılış mərasimində “Crocus Fitness” tərəfindən “Redbull” ilə birgə böyük funksional oyunlar keçirildi.

Sport Beach Club sentyabrın 15-dək hər gün saat 10:00-dan 20:00-dək qonaqların ixtiyarındadır. Ərazidə rahat soyunub-geyinmə otaqları, duş kabinələri var. Sea Breeze sakinləri və çimərlik qonaqları üçün giriş pulsuzdur.

Ətraflı məlumat üçün zəng edə bilərsiniz: +994 12 310 80 41