Təqdimatınızı seçin və endirin
17 03.2026
Martın 16-da Sea Breeze-i Kommersiya icarəsi şöbəsinin rəhbəri Elbəy Rzayev, Paulaner brendini isə onu idarə edən TABIA Group şirkətinin CEO-su Uygar Kocas təmsil edərək, Sea Breeze-də yeni Paulaner Wirtshaus Baku Sea Breeze restoranının açılmasını nəzərdə tutan müqavilə imzalayıblar. Marina Village kompleksinin mərkəzində, yaxta klubunun yaxınlığında yerləşəcək restoranın açılışı 2027-ci ilin mart ayının sonuna planlaşdırılır.
“Sea Breeze yeni beynəlxalq brendləri və tanınmış franşizaları cəlb etməyə davam edir. Paulaner dünyanın ən tanınan pivə brendlərindən biridir və əminik ki, yeni restoranın açılışı şəhər-kurortun qastronomik təklifinə mühüm töhfə verəcək”, — deyə Sea Breeze-in Kommersiya icarəsi şöbəsinin rəhbəri Elbəy Rzayev bildirib.
Paulaner uzunillik tarixə malik, dünyanın 80-dən çox ölkəsində təmsil olunan beynəlxalq pivə brendidir. Yeni restoran klassik alman üslublu Wirtshaus konsepsiyasında təqdim olunacaq, burada ənənəvi Bavariya mətbəxi və Paulaner standartlarına uyğun hazırlanmış pivə bir araya gələcək.
“Sea Breeze ilə əməkdaşlığın başlanmasından və bu unikal məkan layihəsində yeni Paulaner Wirtshaus restoranımızı açmaqdan məmnunuq. Əminəm ki, ənənəvi Bavariya mətbəxi və qonaqpərvərlik konsepsiyamız Sea Breeze-in atmosferini uğurla tamamlayacaq və qonaqlar üçün yeni cəlbedici məkana çevriləcək”, — deyə Paulaner Brauhaus Baku-nun direktoru Emil Qurbanov bildirib.
Müqavilənin imzalanmasından sonra Bavariyadan dəvət olunmuş ustad pivəçinin iştirakı ilə ilk çəlləyin açılışı üzrə təntənəli mərasim keçirilib. Bu simvolik an tərəflər arasında əməkdaşlığın başlanğıcını ifadə edib.