Sea Breeze Cup qolf turnirinin nəticələri

20 Mart, 2024

arrow

Martın 20-də “Dreamland Golf Club”da “Sea Breeze Cup” qolf turniri başa çatdı.

Turnir başlamazdan əvvəl oyunçular Sea Breeze layihəsi ilə tanış olublar: Sea Breeze-in nümayəndələri iştirakçılara Sea Breeze Resort yaşayış-kurort kompleksinin hərtərəfli təqdimatını keçirib, həmçinin onları Shore House restoranında axşam proqramına dəvət ediblər.

Turnirin qalibini Sea Breeze-dən birinci sahil zolağında yerləşən Skyline layihəsində mənzil gözləyir. Belə ki, oyunçu “hole in one” vurmağı bacarsa, əsas mükafatın sahibi olacaq. Bakı turniri zamanı oyunçulardan heç biri həlledici zərbəni vura bilməsə də, Sea Breeze mövsüm boyu yarışın tərəfdaşı olduğu üçün oyunçuların hər mərhələdə mənzil qazanmaq şansı var.

Turnirin nəticələrinə görə, NSR 0,0 - 21,0 qrupunda S. Qluxov üçüncü, S. Le ikinci, E. Berendeeva birinci yerə çıxıb. NSR 21,1 – 36,0 qrupunda E. Baklanova üçüncü, S. Zelenkin ikinci, A. Kolpakov isə birinci yeri tutub. “Best Gross”un ən yaxşı oyunçusu 190 zərbə ilə Kvanq-il Kim olub.

Ən yaxşı nəticə göstərən oyunçuları təbrik edir, iştiraka görə hər kəsə təşəkkür edirik!