Agalarov Golf & Country Club-da Sea Breeze Golf Cup turniri baş tutdu

16 09.2024

arrow

Sea Breeze kurort şəhərciyi sentyabrın 14-də Agalarov Golf & Country Club-da keçirilmiş Sea Breeze Golf Cup turnirinin baş tərəfdaşı qismində çıxış etdi.

Qolf yarışı maraqlı və möhtəşəm hadisəyə çevrildi. Turnirdə 90-dan çox idmançı iştirak etdi, onların arasında kişi və qadın kateqoriyalarında mükafatçılar müəyyənləşdi.

Proqramın diqqətəlayiq hissəsi Sea Breeze-in qabaqcıl layihəsi olan Caspian Dream Liner-in təqdimatı oldu. Xüsusi olaraq salınmış adada tikilən 11 mərtəbəli apart-hotel tezliklə Xəzər sahilinin yeni cazibəsinə çevriləcək.