Heydər Əliyev Beynəlxalq Aeroportunda Sea Breeze stendi və Caspian Dream Liner-in modeli

02 Aprel, 2024

arrow

Sea Breeze kurort şəhərciyinin incisi olan Caspian Dream Liner layihəsi ilə artıq Heydər Əliyev Beynəlxalq Aeroportunda tanış olmaq mümkündür. Hava limanında Caspian Dream Liner-in maketi, eləcə də layihə ilə bağlı məlumat stendi quraşdırılıb.

Caspian Dream Liner region üçün unikal layihədir. Açıq dənizdə üzən layner şəklində olan bu möhtəşəm 11 mərtəbəli apart-hotelin tikintisi üçün xüsusi süni ada salınıb. Kompleksdə dəbdəbəli “infinity pool” hovuzu və SPA, məşhur dünya brendlərinin butikləri və gözəllik salonları, premium restoranlar və ucsuz-bucaqsız dənizə panoramik mənzərəsi olan əsrarəngiz “sky bar” sakinlər və qonaqların xidmətində olacaq.