”Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında Stiven Siqalın ulduzu təqdim olunacaq

09 06.2024

arrow

İyunun 10-da saat 15:30-da 80, 90 və 2000-ci illərin ən məşhur Hollivud aktyorlarından biri, kinoprodüser, ssenarist, musiqiçi və aykido ustası Stiven Siqalın "Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında ulduzu təqdim olunacaq. Karyerası boyu Stiven Siqal 100-dən çox filmdə rol alıb. Bu siyahıda “Mühasirədə”, “Qanundan yuxarı”, “Hər şeyə rəğmən ölüm” və bir çox başqa məşhur filmləri göstərmək olar. Sizi 10 iyun saat 15:30-da The Grand-da gözləyirik. Giriş pulsuzdur!

"Sea Breeze Walk of Fame” Şöhrət xiyabanı Azərbaycanda dünyanın hər yerindən görkəmli və məşhur musiqiçilər, aktyorlar və rəssamlara həsr olunmuş ilk belə layihədir. Xiyabanda artıq Müslüm Maqomayev, Tamara Sinyavskaya, Nani Breqvadze, Engelbert Hamperdink və Alessandro Safinanın ulduzları nümayiş etdirilir.