Park Residences 3 layihəsində mənzil satışı başladı

15 06.2024

arrow

Sea Breeze kurort şəhərciyinin cari və potensial sakinləri üçün şad xəbər: Park Residences 3 layihəsində mənzil satışına start verildi.

Park Residences yaşayış kompleksləri Xəzər dənizi sahillərində ənənəvi Avropa üslubunun və müasir dizayn həllərinin harmoniyasını əks etdirir. Park Residences 2-dən fərqli olaraq, burada istənilən dizayn ideyalarını həyata keçirmək üçün təmirsiz mənzillər ala bilərsiniz.

Park Residences 3 10 doqquz mərtəbəli bina, 4 özəl hovuz, yeraltı və yerüstü dayanacaqlardan ibarətdir. Mənzərəli terraslar, geniş abadlaşdırılmış həyətlər və 24 saat konsyerj xidməti sakinlərin xidmətindədir.

Daha bir gözəl xəbər: kompleksdə mənzilləri optimal ipoteka şərtləri ilə almaq olar. Elə bu gün bu sərfəli təklifdən yararlanmağa və Sea Breeze rezidenti olmağa tələsin!