Sea Breeze-də çimərlik mövsümü açılır

15 06.2024

arrow

Sea Breeze Resort sizi 15 iyun  tarixində yeni çimərlik mövsümünün möhtəşəm açılışına dəvət edir!

Saat 12:00-da "Park Café"də yoqa günü başlayır. "Crocus Fitness Baku"nun təcrübəli məşqçisi yoqa təlimi keçirəcək. Gücünə güc qatmaq istəyənlər üçün vitamin smuziləri təklif olunacaq. "Shore House" yeni mövsümə Huseyn Best & Band, Rufat Asadov & Band, Dance Group – Talant, Dj Erikin enerjili musiqiləri ilə daxil olur.

Saat 19:00-da "Fish Box"da, 20:00-da isə "Beach club"da canlı musiqi olacaq.

"White Beach club"da saat 12:00-dan 17:00-a kimi DJ çıxış edəcək, 20:00-da isə “Novıye Samotsvetı” qrupunun konserti olacaq. Həm hitlər, həm də yeni bəstələr səslənəcək.

DJ-lər gün ərzində "Rose Bar"da, 20:00-dan etibarən isə "Beer Basha"da çıxış edəcəklər.

Kurortun sevilən çimərliyi "Beach Club" da fəaliyyət göstərir, giriş haqqı 50 ₼-dir. Qiymətə bütün çimərlik ərazisindən istifadə, günəş şezlonqları, çətirlər, paltardəyişmə otaqları, 1000 nəfərə qədər tutumlu böyük hovuz, 500 nəfərə qədər uşaqlar və böyüklər üçün yerləri olan ailə hovuzu və 150 nəfərlik "Costa Coffee" hovuzu daxildir. Dörd nəfər üçün nəzərdə tutulmuş sanbedi (100 ₼) və ya altı-səkkiz nəfərlik bunqaloları (200 ₼) icarəyə götürə bilərsiniz. Əlaqə telefonu: +994 55 214 88 84.

Tezliklə "Miami Beach" çimərlik klubunun açılışı da gözlənilir. Burada qonaqları dərinliyi 110 və 150 ​​sm olan iki hovuz, günəş şezlonqları və qamış çətirlərlə təchiz olunmuş pulsuz çimərlik gözləyir.

Sea Breeze Resort-da görüşənədək!