Sea Breeze Resort-da regionda ilk dəfə məşhur Nikki Beach çimərlik klubu açılacaq

13 06.2024

arrow

Nikki Beach Hospitality Group bildirib ki, Sea Breeze Resort-da məşhur Nikki Beach Club bu il iyul ayının əvvəlində açılacaq. Yay əyləncə proqramına məşhur "Amazing Sundays", dünyaşöhrətli "White Party", həftə sonları canlı musiqi və 23-28 iyulda "DREAM Fest" beynəlxalq musiqi festivalı və Azərbaycan Qran Prisi çərçivəsində xüsusi tədbirlər daxildir. "Nikki Beach"in öz şərab zirzəmisi olan restoranı, şezlonqları olan hovuzu, istirahət zonaları və açıq hava barı da olacaq.

Daim inkişaf edən və gündən-günə genişlənən "Sea Breeze Resort"da Nikki Beach kurortu və daimi çimərlik klubu 2025-ci ildə açılacaq.
Qonaqlara altı ədəd suüstü bunqalo, şəxsi hovuza malik 49 çimərlik villası və təxminən 90 otaq və suit təqdim olunacaq. Villalar həm istirahət, həm də yaşayış üçün nəzərdə tutulub. "Café Nikki", "Escape" və "Soul Lounge" restoranları, həmçinin həyat tərzi butiki və böyük "Nikki Spa" və "Tone Gym" hovuzları istirahət edənlərə dənizkənarı dəbdəbəli kurortdan tam həzz almağa imkan verəcək.

https://baku-bc.nikkibeach.com